TİFLİS

tblisi
Mtxvari çayının sahilində yerləşən Tbilisi Gürcüstanın paytaxtı və ən iri şəhəridir. Şəhər əhalisi 1.5 milyon nəfərdən ibarətdir.

Avropanın cənubşərq hüdudunda qərar tutan, Tbilisi strateji “ipək yoluna” yaxın yerləşdiyindən, tarixən rəqabətdə olan dövlətlərin və imperiyalar şəhər uğrundan mübarizə aparıb. Elə günümüzdə də, Tbilisi öz strateji əhəmiyyətini qoruyaraq, qlobal enerji və ticarət layihələrinin tranzit şəhəri sayılır.

Memarlıq və İnşaat

Şəhər memarlığı yerli , Bizans, Avropa/Rusiya (neo-klassik) və Yaxın Şərq üslubların uyuşan sintezinin olması ilə seçilir. Şəhərin ən qədim hissələrində, o cümlədən Abanot-Ubani, Avlabari və qismən Sololaki rayonlarında Yaxın Şərq təsiri olan ənənəvi gürcü memarlıq abidələri ucalır. 19-cu əsrdə tikilmiş ərazilərdə (Rustavelli prospekti, Vera rayonu vəs.) Avropa-Rusiyanın rəngarəng neoklassik üslubu sezilir.

Gəzməli-görməli yerləri

Tbilisi yerli və xarici turistlər arasında bir sıra gəzməli-görməli yerləri ilə məşhurdur. Ölkənin parlament binası, hökümət evi, həmçinin Gürcüstan Ali Məhkəməsi Tbilisidə qərarlaşıb.Şəhərdə həmçinin Gürcüstan Dövlət Muzeyi, Tbilisi Dövlət Konservatoriyası, Tbilisi Opera və Balet teatrı, Şota Rustavelli Dövlət Akademik Teatrı, Marcanişvili Dövlət Akademik Teatrı, Sameba kilsəsi, Vorontsov sarayı, (hazırda Uşaq sarayı adı ilə tanınır) bir sıra dövlət muzetləri, Milli İctimai Parlament Kitabxanası, Gürcüstan Milli Bankı, mühüm dövlət qurumları yerləşir. Sovet dönəmlərində, Tbilisi muzeylərin sayına görə SSRİ-nin 4-cü şəhəri olub.

Şəhərin Narikala istehkamı, (4-cü -17 –ci əsr) Ançisxati kilsəsi (6-cı əsr, 16-cı əsrdə yenidən tikilib) Sioni Kilsəsi (8-ci əsr, sonradan restavrasiya olunub) Metexi kilsəsi (13-cü əsr) kimi unikal tarixi abidələri var.