TƏBRİZ

tabriz
Təbriz əhalinin sayına görə İranın 5-ci ən iri şəhəridir. İranın qədim paytaxtlarından biri olub, hazırda Şərqi azərbaycan Vilayətinin mərkəzi şəhəri sayılır.

Şəhər Quru çayının vadisində dəniz səviyyəsindən 1350 metr hündürlükdə yerləşir. Təbriz Eynalı dağının cənubunda olan Səhənd vulkanik yüksəkliyi şimalında uzanan vadidə qərarlaşıb. Vadidən 60 kilometr aralıda Urmiya gölü yerləşir. Qışın soyuq , yayın sərin keçməsi yay turizmi üçün geniş imkanlar yaradır.

İranın rəsmi statistikasına görə, şəhərin əhalisi 1.600.000 nəfərə yaxındır. Əhalinin sayına görə, Tehran, Məşəd, İsfahan və Karacdan sonra 5-ci yerdə gəlir. Şəhər İranda ağır sənaye ocümlədən, maşınqayırma, avtomobil istehsalı, neft-kimya sənayesi, sement istehsalının “beşiyi” sayılır.

Təbriz başqa adlarda “Yüksək keyfiyyat şəhəri, “Dilənçisi olmayan şəhər “Körpü və keçid şəhəri” , “İranın ən təhlükəsiz şəhəri”, “İranın ən sağlam şəhəri” , İran investisiyasının beşiyi, İranın ikinci ən iri sənaye şəhəri, İranın Avtomobil İstehsalı mərkəzi, İranın ehtiyat hissələri mərkəzi, Yaxın Şərqin dizel mühərrikləri mərkəzi, İranın Şokolad şəhəri, İranın ikinci ən iri ali təhsil şəhəri, Hündür binaların inşa olunduğu 2-ci şəhəri, İranın 2-ci Tibbi elmi şəhəri, müalicəyə gələnlərin sayına görə İranın 2-ci ən iri şəhəri, kimi tanınır.

Zəngin tarixə malik olan Təbrizdə bir çox tarixi abidələr yerləşir, lakin təkrar olunan dağıdıcı zəlzələlər və tez-tez baş verən müharibələr zamanı işğallar onların əksəriyyətinə əhəmiyyətli dərəcədə ziyan vurub. Şəhərdəki abidələrin əksəriyyətinin tarixi Elxanilərin, Səfəvilərin və Qacarların hakimiyyəti dövrünə gedib çıxır, onların arasında 2010-cu ildə Dünya Mədəni İrsi siyahısına salınmış böyük Təbriz Tarixi Bazar Kompleksi də var. Şəhərdə mədəniyyətin ən qədim əlamətləri qazıntı yerləri və şəhərin mərkəzində yerləşən və tarixi 2500 il əvvələ gedib çıxan muzeydir.