ŞƏKİ

shaki
Şəki Azərbaycanın şimal qərbində, eyni adlı rayonun şəhəridir.

Şəki Şimali Azərbaycanda Böyük Qafqaz sıra dağlarının cənub hissəsində cənub ətəyində paytaxt Bakıdan 325 kilometr aralıda yerləşir. (Son statistic göstəricilərə) görə əhalinin sayı , 63 min nəfərə yaxındır.

Etimologiya

Azərbaycan tarixçilərinə görə, şəhərin adı eramızdan əvvəl 7-ci əsrdə Şəkinin indiki ərazisində məkunlaşmış Saklarla bağlıdır. Orta əsr mənbələrində şəhərin adı müxtəlif formalarda, Şeke, Şəki, Şaka, Şakki, Şaxne, Şaken, Şəkkən, Şekin - olaraq təqdim olunub.

Coğrafiyası və iqlimi

Şəki Böyük Qafqazın başı qarşlı uca dağları ilə əhatə olunub. Bəzi yerlərdə dəniz səviyyəsinin hündürlüyü 3000-3600 metrə çatır. Şəkinin iqlimi müxtəlif siklonlar, anti-siklonlar, hava kütlələri, yerli külləklərlə seçilir. Şəhərin orta illik temperature 12 C təşkil edir. İyun və avqust aylarında bu göstərici 20-25 C dərəcə arası dəyişir.

Şəhəri əhatə edən dağətəyi meşələr Şəkini daşqınlardan və yüksək temperaturdan qoruyur. Şəhərin əsas su hövzələri (mənbəyi) Kiş və Gürcənçay çayları hesab olunur. Sovet dönəmlərində çoxları Şəkiyə məhz təbii bulaqlarının qoynunda dinlənmək məqsədi ilə gəlib.

Yaxınlıqdakı şəhərlər

Şəkinin tarixi

Şəkidə tarixi izləri 2700 il əvvələ gedən geniş qəsəbələr mövcud olub. Saklar Dərbənd keçidi ilə Qara Dənizin şimalına, Cənubi Qafqaza, oradan isə eramızadn əvvəl 7-ci əsrdə kiçik asiyaya köç etmiş İran tayfaları olub. Sasanilər dövründə onlar Cənubi Qafqazda geniş münbit torpaqlara sahib olub. Erkən saklar burada hələ Tunc dövründə məskunlaşıb.

Şəki bizim eranın 1-ci əsrində Albaniya dövlətinin ən iri şəhərlərindən olub. Qədim albanların əsas məbədi məhz burada yerləşib. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Həmin dönəmlərdə Şəki mühüm iqtisadi-siyasi şəhərlərdən sayılıb. Ancaq ərəb istilası nəticəsində, Şəki üçüncü əmirliyin tərkibinə daxil edilib. Ərəb xilafəti zəifləyən vaxtlarda, vilayətlər qismən müstəqil olub. Şəki həmçinin müxtəlif illərdə Gürcüstan Krallığı, Atabəylər dövləti, və Monqol istilasından əvvəl Xarəzmşahlar dövlətinin tərkibində olub.

Hülakilər dövlətinin süqutundan sonra , 14-cü əsrin ilk yarısında Şəki Sidi Əhməd Orlatın başçılığı ilə müstəqillik əldə edib. Ancaq 1551-ci ildə Şah Təhmasip Şəkinin müstəqilliyinə son qoyaraq, onu Səfəvilər imperiyasının tərkibinə daxil edib. 1578-1603 və 1724-1735 illər ərzində Şəki Osmanlı hakimiyyətinin nəzarətinə keçib.

1743-cü ildə əsası qoyulmuş Şəki xanlığı Qafqazın ən güclü feodal dövlətlərindən sayılıb.Xanlıq dövründə, yerli şəhər əhalisi ipəkçilik, sənətkarlıq və ticarətlə məşğul olub. Kiş çayında baş vermiş güclü daşqından sonra, Şəkinin bir hissəsi viranə qalıb, əhali isə indiki şəhər ərazisinə köçüb. 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsindən sonra Şəki xanlığı Rusiya İmperiyasının vassalına çevrilib.

1813-cü ildə bağlanmış Gülüstan müqaviləsindən sonra isə əyalət tamamilə Rusiyanın tərkibinə keçib və ardınca 1819-cu ildə Şəki xanlığı ləğv olunub, Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. Şəki əyaləti 1840-cı ildə Şamaxı, Bakı, Şuşa, Lənkəran, Dərbənd, və Quba ilə birgə Kaspi vilayətinin tərkibinə keçib. Digər tərəfdən şəhərin adı dəyişdirilərək Nuxa qəzası adlandırılıb. 1846-cı ildə Kaspi vilayəti ləğv olunub və Nuxa Şamaxı quberniyasının rayon mərkəzinə çevrilib. 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sonra, quberniya Bakı Quberniyası adlandırılıb. 19 fevral 1868-ci ildə Nuxa rayonu , Şuşa ilə birgə yeni yaradılmış Yelizavetpol quberniyasına daxil edilir. SSRİ qurulduqdan sonra, Nuxa rayonunun mərkəzi olub.

1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi,və 1965-ci ildə respublika tabeçiliyində yenidən Nuxa şəhəri yaradıldı. Şəhərə əvvəlki adı 1968-ci ildə qaytarıldı.

Tarixi ərzində şəhər hərbi yürüşlər, müharibələr zamanı dəfələrlə dağıntılara məruz qalıb. Ona görə də, indiyə kimi qalmış qədim tarixi və memarlıq abidələri yalnız 16-19-cu əsrləri əhatə edir. Əsrlər boyu Şəki ipəkçilik mərkəzi kimi tanınıb.

1772-ci ildə Kiş çayınin daşması nəticəsində çayın sol tərəfində yerləşən qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, sağ qalan şəhər əhalisi indiki şəhərin yerləşdiyi ərazidə məskən salıb. Sonradan şəhər şəki xanlığının paytaxtına çevrilib. Həmin ərazi Nuxa kəndi yaxınlığında yerləşdiyindən, şəhər Nuxa adı ilə tanınmağa başlayıb. Yalnız 1968-ci ildə şəhərin qədim adı bərpa olunub.

İqtisadiyyat

Şəkidə hazırda ipəkçilik kiçik miqyasda fəaliyyət göstərir, şəhərin iqtisadiyyatında əsasən kənd təsərrüfatı sektoru üstünlük təşkil edir, bölgədə tütünçülük, üzümçülük, maldarlıq, südçülük, taxılçılıq inkişaf edib. Şəkinin əsas istehsalat müəssissələri sırasında ipək zavodu, istilik elektrik stansiyası, kərpic zavodu, şərab zavodu, sosis fabriki, konserv zavodu, yüksək texnologiyalı süd emalı zavodunun sadalamaq olar.

Şəhər həm azərbaycan həm də xarici turistlər üçün ölkənin əsas turizm hədəflərindən sayılır. Təkcə 2010-cu ildə, Şəkiyə dünyanın “dörd bucağından” 15 minə yaxın turist səfər edib.

Mərkəzi meydan, saraylar və qalalar

Şəhərin mərkəzi meydanında Sovet dönəmindən qalmış 2 qüllə ucalır.

Bir vaxtlar şəki xanlarının iqamətgahı olmuş Şəki xan Sarayı, hələ də şəhərin əsas gəzməli-görməli yeri sayılır. Bir mismardan istifadə olunmadan 1762-ci ildə inşa edilmiş bu unikal tikili, dövrünün ən möhtəşəm abidələrindən sayılır. Sarayın içində xanqlıq dövrünə aid əntiq əşyalar, müxtəlif divar rəsmləri göz oxşayır, dünyanın (nadir incilərindən) hesab olunur.

Nuxa kəndi yaxınlığında, Qafqazın cənub ətəyində yerləşən Şəki qalası Şəki xanlığının banisi HAcı Çələbi Xanın sifarişi ilə inşa edilib. Qalanın divarları 1200 metrə qədər uzanır, divarın qalınlığı 2 metrə yaxındır. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş çoxsaylı bürcləri vardır. Xanlığın çiçəklənən illərində, şəhərin divanxana məhkəməsi, həmçinin əsas dövlət və ticarət idarəsi qala hüdudlarında yerləşib., yaşayış sahəsi isə qala yaxınlığında olub. Tarixi abidə 1958 və 1963-cü illərdə genişmiqyaslı şəkildə restavrasiya olunub. Şəki qalası uzun müddət şəhəri yağı düşmənlərdən qoruyan qəhrəman oğulların istehkamı olub.Bu barədə bir çox tarix kitablarında geniş məlumatlar yer alır. Lev Tolstoyun məşhur Hacı Murad romanında hadisələr məhz şəki qalasında cərəyan edir.

Muzeylər

Şəki Tarix Muzeyi ölkənin ən zəngin tarixi muzeylərindən sayılır, Xanlıq dövrünə aid, qədim əşyaları, tarixi inciləri özündə birləşdirir.

18-ci əsrin sonlarına kimi, Şəkidə 5 Karvansara (İsfahan, Təbriz, Ləzgi, Erməni və Təzə) fəaliyyət göstərsə də, günümüzə yalnız ikisi qalıb. Yuxarı və aşağı karvansaray 18-ci əsrdə inşa olunub . Birinci mərtəbədə tüccarlıq edib, ikinci mərtəbədə gecələyən tacirlər mallarını burada saxlayıb. Hər iki karvansarayda vaxtilə tacirlərin rahatlığı, onların və mallarının təhlükəsizliyi üçün hər cür şərait yaradılıb.

Dini tikililər

Qədim Qafqaz Albanlarının kilsələrinin yerləşdiyi bu şəhərdə, tarixi-dini müxtəliflik baxımından din yerli əhali arasında xüsusi önəm kəsb edir. Şəhərdə çoxlu sayda məscidlər və kilsələr yerləşir. Bəzi kilsələrin – misal üçün, Şəki yaxınlığında yerləşən Kiş Kilsəsi - 1500 ilə qədər yaşının olduğu deyilir. Xan məscidi, Ömər Əfəndi məscidi və Gileyli minarəti yerli müsəlmanların əsas ibadət yerləri sayılır.

Mədəniyyət

2700 illik böyük bir tarixi ehtiva edən Şəki şəhəri, geniş mədəni sərvətləri və abidələri ilə zəngindir. Şəhərin əsas özəlliklərindən biri əksər evlər qırmız dam örtüyünə malik olmasıdır. Şəkililər unikal yumor hissi və gülməli lətifələri ilə seçilir. Lətifə qəhrəmanı Hacı Dayı, demək olar ki, Şəkidəki bütün zarafatların əsas gülüş obyektidir.

Mətbəx

Yəqin ki, Şəki mətbəxinin əsas özəlliyi dadlı şirniyyatların üstünlük təşkil etməsidir. Şəki paxlavanın bir növü olan Şəki Halvası ilə məşhurdur. Oxşar qəbildən şəki nabatını və şirin peşəvəngi adlarını sadalamaq olar.

Şəki həmçinin girmabadam, zilviyə, piti ( saxsı qabda qaynadılan ət və kartof) kimi xörəkləri ilə də tanınıb.

Dil

Şəkidə Azərbaycan dilinin özünəməxsus dialekti formalaşıb. Şəhərin özündə və rayonun müxtəlif kəndlərində sakinlər sözləri şirin intonasiyayla tələffüz edir.