Parad (Yürüş)

Sizi “Qafqaz MotoFest 2015” çərçivəsində keçiriləcək möhtəşəm motoyürüşə dəvət edirik

Parad 28 avqustda Şəki şəhərindən start götürəcək. Motoyürüşdə dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə bayker karvan şəklində iştirak edəcəklər. Ötən il motoyürüşdə xarici ölkələrdən gələn baykerlərlə birlikdə Azərbaycanlı baykerlər 30 km-lik yürüş etdilər. Motoyürüşdə baykerlər öz ölkələrinin bayraqları ilə Şəki küçələrində şəhər sakinlərini salamladılar. Qoşa yarışlarda fərdi ustalıqlarını nümayiş etdirən baykerlər riskli hərəkətləri və yüksək sürətləri ilə tamaşaçılara həyəcan dolu anlar yaşadıblar.