QROZNI

grozny
Qrozni Çeçenistan Respublikasının paytaxtıdır. Şəhər Sunja çayı üzərində salınıb. 2010-cu ilin statistikasına görə, şəhər əhalisinin sayı 271, 573 nəfər təşkil edir.

Qrozni müasir arxitekturası və kurort zonası ilə məşhur olsa da, şəhərə Çeçen müharibəsi zamanı ağır ziyan dəyib, Çeçenistan Dövlət Universiteti və uzun illərin fasiləsindən sonra 2008-ci ildə idman fəaliyyətini bərpa etmiş Terek futbol klubu məhz Qrozni şəhərində qərarlaşıb. Qroznida həmçinin Çeçenistan Dövlət Pedoqoji İnstitutu yerləşir.