Yerli mətbəx

Qafqaz motofestivalı ərzində Şəkinin ən məşhur aşbazları festival iştirakçılarını yerli mətbəxin əsrarəngiz təamları, necə deyərlər “şah əsərləri” ilə tanış edəcəklər.

Geniş çeşid təamlardan hər kəs razı qalacaq, tədbirdə iştirak etdiyinizə peşman olmayacaqsınız. Yerli mətbəxin dadı damağınızda hələ çox qalacaq. Gəlin və dadın!

Şəki pitisi

Sümüksüz qoyun əti – 163 q, noxud – 30 q, quyruq – 20 q, baş soğan – 18 q, şabalıd – 30 q, quru gavalı – 20 q, zəfəran – 0,1, istiot, duz, sumaq.

Adi piti kimi hazırlanır. Lakin kartof əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənir. Payız vaxtı hər paya 30 q heyva qatılır. Pitinin yanında sumaq və təmizlənmiş baş soğan verilir.

Bir pay piti qoymaq (bişirmək) üçün, İki qaşıq noxud islanmağa qoyulur. Noxudlar yaxşıca şişdikdən sonra xüsusi piti qabının içinə qoyulur. Üstündən 4-5 tikə ət ilə 2 tikə quyruq qoyularaq soyuq su ilə doldurulur və ocağa yerləşdirilir. Ətin kəfi çıxdıqca yığılır. Kəf qalmadığına tamamilə əmin olunduqdan sonra xırda-xırda doğranmış soğanlar yeməyə tökülür, duz əlavə edilir və bu vəziyyətdə vam odda qaynadılır. Bu vaxt pitinin içinə quru gavalı və soyulmuş şabalıd da atılır. Suyu azaldıqca qaynamış su əlavə oluna bilər. Ancaq ləzzətli olması üçün su əlavə etməmək məsləhədir. Piti süfrəyə sumaq, quru soğan və turşularla verilir.

Şəki paxlavası

Qozla dolu və ətirli şərbətlə isladılmış bu şirin ləzzət şirniyyat sevən hər kəsin son arzusu ola bilər. Şəki paxlavası kimi də tanınan Şəki halvası (Şəki üsulu paxlava) Şəki bölgəsinin məşhur xüsusiyyətidir. Şəki halvası böyük şirniyyat qazanlarında qat-qat bişirildikdən sonra kəsilir və alıcılara satılmaq üçün kiçik qutulara qoyulur.

Bamiyə

Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q.

Una çay sodası və qaynar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Xanplovu (tacplov)

Zəfəran – 0,5 qr.,
Düyü – 3 stəkan (1 st.– 200 qr.),
Duz – 1 ç.q.,
Əridilmişyağ– 200 qr.,
Tikəquzuəti– 600 qr.,
Ərimişyağ– 300 qr.,
Başsoğan – 3-4 baş,
Qurualça – 150 qr.,
Kişmiş – 300 qr.,
Ərik – 200 qr.,
İstiot, sarıkök – zövqəgörə,
Lavaş– 10 dənə

Bu bayramplovugörkəmindənortaəsrlərşərqhökmdarlarınıntacınaoxşadığıüçünbeləadlanır.
Düyüarıdılır, yuyulur, 4-6 saatduzluistisudaisladılır.Duzlusudayarıbişənəqədərqaynadılır.Sonraaşsüzənətökülübsüzülür, zəfəranəlavəedilir.Ətdördkünctikələrədoğranır, üstünəduz, istiot, alçaturşususürtülür.
Qazanındibinə vədivarlarınakərəyağıçəkilir.
Qeyd: Şahplovhazırlamaqüçündibinindiametri ağzınındiametrindəndarolanqazangötürülür.
Qazanındibinəaralarınakərəyağıçəkilmiş 5 lavaş eləqoyulurki, onlarqazanındivarlarından kənara sallansın.
Lavaşınhazırlanması: un, yumurta, suvəbirazduztökməkləbərkxəmiryoğrulur. Bundanxırdakündələrtutulurvə 2 mm qalınlığındalavaşlaryayılır, bərkqızdırılmıştavadaqızardılır (yağtökülmür).
Qazanındibindəkilavaşlarınüstünə düyününbirhissəsi (təxminən 1/3-i) tökülür, onunüstündənətəlavəedilir, yenədüyü (təxminən 1/3-i) tökülür. Ortasınaqabıqdançıxarılmışşabalıd, ərikvəkişmişqoyulurvəqalandüyüdəəlavəediliblavaşlarla kip örtülür.Qalan 5 lavaş da aralarınayağçəkilərəkdüyününüstündən qoyulur. Üstündənkərəyağıçəkilir, qapağıörtülərəktemperaturu 1300S olanfırında (duxovka) bişirilir.40 dəqiqədənsonraüstündənərimişkərəyağıtökülür.
80 dəqiqədənsonrafırındınçıxarılır, qapağıaçılırvəyağıboşaldılır, qazanyastıbuludaçevrilir.Ortadadeşikaçılıb, plov pay-pay bölünür, qazmaqisə ləçəkkimiaçılır.

Gürzə

Qoyunəti (mal ətivəyadanaəti ) – 500 q,
Başsoğan – 3 baş,
Quyruq  – 100 q (xoşlayanlarüçün),
Şüyüd  – 1 dəstə,
Sarımsaqlı  qatıqsousu – zövqəgörə.
Xəmir üçün:
Un – 500 q,
Yumurta – 1 əd.,
Su  – 2-2½stəkan,
Birçimdikduz

Ət, soğan və quyruq ət maşınından keçirilib qiymə hazırlanır. Qiymə duzlanır, istiotlanır və yağda qızardılır.
Bərk xəmir yoğrulur, 1 mmnazikliyində yayılır və stəkanın ağzı ilə dairələr kəsilir. Hər dairənin ortasına qiymə qoyulur, iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlanır və bir tərəfindən balaca deşik saxlanılır. Gürzələr ya ət suyuna, ya da duzlanmış qaynar suya tökülüb 5-10 dəqiqə bişirilir (gürzələr üzə çıxana qədər). Hazır gürzələr kəfkirlə sudan çıxarılır və nimçəyə yığılır. Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması tökülür və narın doğranmış şüyüd səpilir. Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar. Gürzələri qızartmaq da olar.