BAKI

Baku
Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəri, eləcə də Xəzər dənizi sahilində və Qafqaz regionunda ən böyük şəhərdir.

Bakı dəniz səviyyəsindən 28 metr (92 fut) aşağıda yerləşir ki, bu da onu dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən yeganə paytaxtı edir. Bakı həmçinin dünyada dəniz səviyyəsindən aşağıda yerləşən ən böyük şəhərdir. O, Xəzər dənizinə açılan Abşeron Yarımadasının cənub sahillərində yerləşir. Şəhər iki əsas hissədən ibarətdir: mərkəz hissəsi və qədim İçərişəhər. 2009-cu ilin əvvəllərində Bakının şəhər əhalisinin iki milyondan çox olduğu bildirilirdi. Rəsmi olaraq, ölkə əhalisinin təxminən 25 faizi Bakının şəhər hissəsində yaşayır.

Bakı on bir inzibati rayona və 48 kəndə bölünür. Bunların arasında Bakı Buxtasının adalarında və Xəzər dənizində, Bakıdan 60 km (37 mil) məsafədə sütunlar üzərində inşa edilmiş Neft Daşları ərazisində yerləşən kəndlər də var. Bakının İçərişəhəri Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə 2010-cu ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. “Lonely Planet”in reytinqinə görə, Bakı həmçinin şəhər gecə həyatı məkanları onluğunda da yer alır.

Turizm və alış-veriş

Bakı Qafqazda əsas turist səyahət yerlərindən biridir. Dünyanın əksər nəhəng otel şəbəkələrinin Bakıda nümayəndəliyi var. Bakının Fəvvarələr Meydanı, Min Bir Gecə çimərliyi, Şıx çimərliyi və Neft Daşları kimi çoxlu populyar turist və əyləncə məkanları var. Bakının görməli yerlərinə Yanardağ, əbədi yanan təbii qaz məkanı da daxildir. 2010-cu il sentyabrın 2-də Milli Bayraq Meydanının açılışı ilə Bakı, Ginnes Rekordlar Kitabına görə, dünyanın ən hündür bayraq dirəyinə ev sahibliyi edən şəhər oldu.

Bakıda bir çox alış-veriş mərkəzləri var: şəhər mərkəzinin ən məşhur alış-veriş mərkəzləri Park Bulvar, Metro Park, 28 MALL, Aygün city və AF MALL-dur. Pərakəndə satış yerlərinə mağazalar şəbəkəsinin mağazalarından tutmuş, bol çeşidli butiklərədək hər şey daxildir.

Şəhər 2011-ci ildə “Mercer Human Resource Consulting” tərəfindən həyata keçirilən sorğuya əsasən, dünyanın ən bahalı şəhərləri siyahısında 48-ci yerdə qərarlaşıb. Onun Nizami küçəsi isə dünyanın ən bahalı küçələrindən biridir.



Mədəniyyət

Şəhərin həm zəngin yerli dramatik boğçadan, həm də beynəlxalq repertuardan götürülmüş çeşidli mədəni fəaliyyətlər təklif edən çoxlu gözəllikləri var. O, həmçinin tarixi nümunələr və incəsənət nümunələri ilə zəngin olan Bakı Müasir İncəsənət Muzeyi və Azərbaycan Dövlət Tarix Muzeyi kimi bir çox muzeyləri ilə öyünür. Şəhərin əksər mədəni yerləri 2009-cu ildə Bakı İslam Mədəniyyəti Paytaxtı elan edildikdə məşhurlaşdı. Bakı həmçinin Avroviziya Rəqs Müsabiqəsi 2010-a ev sahibliyi edən şəhər seçilmişdi.

Bakının ən dəbdəbəli mədəni yerləri Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıdır. Əsas kinoteart Azərbaycan Kinoteatrıdır. Festivallara Bakı Beynəlxalq Film Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Novruz Festivalı, Gül Bayramı və Milli Teatr Festivalı daxildir. Beynəlxalq və yerli sərgilər Baku Expo Center-də nümayiş etdirilir.



Memarlıq

Bakı Qədim Şəhər mərkəzindən tutmuş, müasir binalara və Bakı limanının geniş planlaşdırmasına kimi müxtəlif növ memarlığa malikdir. Şəhərin ən heyrətamiz binalarının əksəriyyəti 20-ci əsrin əvvəllərində, Avropa üslubunun elementləri eklektik üslubla birləşdirilərkən inşa edilib. Bununla da, Bakı orijinal və unikal görünüşə malik olmaqla, “Şərqin Parisi” adını qazanmışdır.



Parklar və bağlar

Bakının ya Yerli Hökumət tərəfindən qorunan, ya da yaşıl zonalar kimi təyin edilən geniş yaşıllıq sahələri var. Bununla belə, iqtisadi fəalliyyət paytaxta axın edərək, şəhər kənarında böyük məskunlaşma layihələri ilə nəticələndiyindən, şəhər yaşıllıq ərazisinin inkişafında çatışmazlıqlara malikdir.

Bakı Bulvarı Bakı dəniz sahilinə paralel yerləşən piyada gəzinti sahəsidir. Bulvar əyləncə parkından, yaxta klubundan, musiqili fəvvarədən, heykəl və abidələrdən ibarətdir. Park it gəzdirənlər və qaçışla məşğul olanlar arasında məşhurdur, həmçinin turistlər üçün də rahatdır. O, yeni inşa edilmiş Beynəlxalq Muğam Mərkəzinə və musiqili fəvvarəyə bitişikdir.

Digər məşhur park və bağlara Heydər Əliyev Parkı, Səməd Vurğun Parkı, Nərimanov Parkı, Fəxri Xiyaban və Fəvvarələr Meydanı daxildir. Keçmiş Kirov Parkı, indi Şəhidlər Xiyabanı Dağlıq Qarabağ Müharibəsi zamanı həlak olanların və Qara Yanvar zamanı öldürülən 137 nəfərin xatirəsinə həsr olunub.



Gecə həyatı

Bakı canlı gecə həyatı ilə məşhurdur. Şəhər boyunca sübhədək açıq olan bir çox klublara rast gəlmək olar. Şərq ab-havalı klublar yerli musiqi ilə yanaşı, Azərbaycan mətbəxindən ləziz yeməklər də təklif edir. Qərb-üslublu klublar isə daha gənc, daha enerjili kütləni hədəf seçir. Pabların və barların əksəriyyəti Fəvvarələr Meydanı yaxınlığında yerləşir və adətən, səhərin erkən saatlarına kimi açıq olur.

Bakıda hər növ mətbəxə və hər növ mərasim üçün keyterinq xidməti göstərən restoranlar da yerləşir. Restoranlar dəbdəbəli və bahalılardan adi və münasib qiymətli olanlara kimi dəyişir.

“Lonely Planet”in “1000 Əsas Təcrübə” siyahısında Bakı dünyanın parti şəhərləri onluğunda 8-ci pillədə qərarlaşıb.