ARXIV

Qafqaz motofestivalı ərzində Şəkinin ən məşhur aşbazları qonaqları yerli mətbəxin əsrarəngiz təamları, necə deyərlər “şah əsərləri” ilə tanış edəcək.

Geniş çeşid təamlardan hər kəs razı qalacaq, tədbirdə iştirak etdiyinə peşmən olmayacaqsız, yerli mətbəxin “dadı damağınızda” hələ çox qalacaq. Gəlin və dadın.

Şəki pitisi

Sümüksüz qoyun əti – 163 q, noxud – 30 q, quyruq – 20 q, baş soğan – 18 q, şabalıd – 30 q, quru gavalı – 20 q, zəfəran – 0,1, istiot, duz, sumaq.

Adi piti kimi hazırlanır. Lakin kartof əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənir. Payız vaxtı hər paya 30 q heyva qatılır. Pitinin yanında sumaq və təmizlənmiş baş soğan verilir.

Bir pay piti qoymaq (bişirmək) üçün, İki qaşıq noxud islanmağa qoyulur. Noxudlar yaxşıca şişdikdən sonra xüsusi piti qabının içinə qoyulur. Üstündən 4-5 tikə ət ilə 2 tikə quyruq qoyularaq soyuq su ilə doldurulur və ocağa yerləşdirilir. Ətin kəfi çıxdıqca yığılır. Kəf qalmadığına tamamilə əmin olunduqdan sonra xırda-xırda doğranmış soğanlar yeməyə tökülür, duz əlavə edilir və bu vəziyyətdə vam odda qaynadılır. Bu vaxt pitinin içinə quru gavalı və soyulmuş şabalıd da atılır. Suyu azaldıqca qaynamış su əlavə oluna bilər. Ancaq ləzzətli olması üçün su əlavə etməmək məsləhədir. Piti süfrəyə sumaq, quru soğan və turşularla verilir.

Şəki paxlavası

Qozla dolu və ətirli şərbətlə isladılmış bu şirin ləzzət şirniyyat sevən hər kəsin son arzusu ola bilər. Şəki paxlavası kimi də tanınan Şəki halvası (Şəki üsulu paxlava) Şəki bölgəsinin məşhur xüsusiyyətidir. Şəki halvası böyük şirniyyat qazanlarında qat-qat bişirildikdən sonra kəsilir və alıcılara satılmaq üçün kiçik qutulara qoyulur.

Bamiyə

Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q.

Una çay sodası və qaynar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.