ARXIV

Rolling Stones

“Stoned Again” 90-cı illərin əvvəllərində yaradılıb və elə ilk günlərdən anlaşılıb ki, əsl musiqi pərəstişkarları 70-ci illərin ən böyük rok-n-roll qruplarından birini hələ də səhnələrdə görmək istəyir.

İllər keçdikcə qrup ABŞ, Çin, hətta Yaxın Şərq turnelərinə gedib və tez-tez Avropa ölkələrinə səfərlər edib.

İnsanlar tez-tez onların haradan olduğunu soruşur, amma hətta bu gün də bu suala cavab tapmaq asan deyil. Qrup əslində Britaniyanın mərkəzində yaradılsa da, bu gün onun tərkibində Fransa, İsveç və Böyük Britaniyanın müxtəlif şəhərlərində yaşayan musiqiçilər var. Hazırda qrupun 12-yə yaxın fəal üzvü var. Qrup bir çoxları tərəfindən bütün üzvlərinin vahid şəxsiyyət kimi hesab edildiyi xüsusi məxfi klub kimi qəbul edilir.

İllər boyunca, uzunmüddətli teatr tamaşaları kimi, qrupun da müxtəlif üzvləri olub (elə həqiqi Rollinq Stones kimi). Bir çoxları onların komanda sistemi kimi çalışdığını deyir. Bunun nəticəsində isə, əlbəttə ki, hər zaman birinci dərəcəli rok-n-roll əyləncəsi təqdim olunur. Qrupun bütün üzvləri, ayrı-ayrılıqda, hətta bəziləri yüksək səviyyəli müxtəlif qruplarla çalışıb və böyük uğurlar əldə edib.

Stoned Again bir sıra məşhur sifarişçilər üçün (top-model, kral ailələri, qanqster və hökumət nümayəndələri və s.) də səhnə alıb. Onlar əsasən Sizin kim olduğunuzdan asılı olmayaraq, tamaşaçılaırn rok-n-roll musiqisinə olan həvəsindən qaynaqlanaraq səhnəyə çıxır. Məhz bu böyük bir şounun əsasını təşkil edir.



Maykl Cekson

"Siz heyrətamizsiniz, siz möhtəşəmsiniz! Mənim sizing şoudan xoşum gəldi, təşəkkür edirəm!" – Maykl Cekson, İyul, 2002

“Triumph” Maykl Ceksonun özündən təbriklər qəbul etmiş, onun Neverlanddəki malikanəsinə dəvət almış və hətta telefon danışığı da aparmış dünyaca məşhur Maykl Cekson tribyut-qrupudur! Qrupun üzvü Denni Maykl Ceksonun özü üçün iki dəfə - 2002-ci ildə bir dəfə Londonda, bir dəfə Nyu-Yorkda – oxuyub!

"Mükəmməl kopiya!" – Ze Steyc
“Triumph” fantastik şəkildə Maykl Ceksonu qürur və hörmətlə təmsil edən elektrik musiqi qrupudur. Əyləncəli kostyumlar, mükəmməl xoreoqrafiya, özünəməxsus vokal və hərəkətlərlə “Triumph” Maykl Ceksonun səhnə performansını əks etdirir və bu, dünyada çox sayda pərəstişkarıın diqqətini cəlb edib.

"Siz mükəmməl rəqs edirsiniz! Mənim şouma rəng qatdığınız üçün təşəkkür edirəm! Siz möhtəşəmsiniz!" – Cennifer Batten (Maykl Ceksonun dünya turu qitaraçısı)

Denni Maykl Ceksonun qrupunun müxtəlif üzvləri ilə birgə çıxış edib və bəzi TV şoularında və verilişlərdə pop kralının adından çıxışlar da edib. 2010-cu ildə, Denni Maykl Cekson tərəfindən Böyük Britaniya, Uels, İsveçrə və Parisdə konsertlərdə onun gitaraçısı əvəzindən çıxış etmək üçün dəvət edilmişdi. Cekson onun çıxışını YouTube saytında görmüşdü.



AC/DC

Live/Wire – özünəməxsus zərbələrlə, Marşall səs qurğusu ilə və iki saatlıq yüksək gərginlikli rok-n-roll şousu ilə AC/DC-ni təmsil edən 6 nəfərlik tribyut-qrup.

Qrup Bon Skott və “Pit” Brayn Consonun “iştirakı” ilə hər iki eranı əhatə edir və sizə unudulmaz rok-n-roll səyahətinə götürür. Ritm-seksiya “Ash” mahnısının ifası zamanı tamaşaçıları öz şüuraltı çalğısı və sonsuz enerjisi ilə sanki hipnoza salır. “For Those About To Rock” və “Ready to Bite” şoularını görənlər həmin mahnının ifası zamanı nümayiş olunan istedadın şahidi olublar. Enqus Yanq iki saat ərzində bitməyən enerjisi ilə heyrətamiz “ördək yerişi” şousunu təqdim edir.

Qrupun məqsədi sizi müxtəlif hitlərlə özünüzdən aparmaqdır. Fanatik pərəstişkarlar üçünsə onların xüsusi hədiyyəsi olur. “Back in Black”, “Rosie”, “Highway to Hell”, kimi mahnılar feyerverk atəşlərinin müşayiəti ilə mükümməl şəkildə davam edir. Əgər bu anadək ayaqda qala bilirsinizsə…….. Live/Wire sizi salamlayır !!

Gözünü bağla və sən AC\DC eşidəcəksən;

Gözünü aç və sən AC/DC görəcəksən!!!



Bon Jovie

Bon Jovie – Bon Covinin beynəlxalq tribyut qrupudur. 2005-ci ildə yaranan qrupun bəzi üzvləri 1999-cu ildən müxtəli tribyut qruplarda iştirak ediblər. Qrup üzvləri Britaniya, Avropa və Yaxın Şərq ölkələrində konsertlər verib.

Bon Jovie üzvlərinin musiqiçi kimi böyük təcrübələri var. Onlar müxtəlif məşhur qruplarla səhnəyə çıxıb, Britaniya, Avropa və Yaxın Şərqdə turlarda iştirak ediblər. Onlar, həmçinin müxtəlif TV və radio şoulara da dəvət olunublar. Qrup yüksək səviyyəli musiqi savadı, və yumorla zəngin şouları ilə çox məşhurdur.

Bon Jovie qrupunun lideri Con Bon Covinin ən yaxşı təqlidçisi tanınır və o ilk dəfə Con Bon Covi obrazında 1996-cə ildə “Onların qulağındakı ulduzlar” TV şousunda iştirak edib. Bon Covi ilə əlaqə illə boyunca davam edib, və hətta qrup Con Bon Covinin qohumu Toni Boncovinin prodüserliyi ilə orijinal albomun yazılışında da iştirak edib.

Bon Jovie qrupu müxtəli mahnılar, o cümlədən klassik 'Livin' on a Prayer' and 'Always' hitlərini, və pərəstişkarların sevdiyi bir çox digər mahnıları ifa edir. Qrupun canlı şouları Bon Covi tərzi əyləncə, enerji dolu hərəktələri ilə zəngin olur və onlar pərəstişkarlarını Bon Covi konsertlərin olduğundan daha gur şəkildə oxumağa məcbur edə bilirlər. Həqiqi Bon Covidən fərqli olaraq bu qrup öz Riçi Samborasına əylənməyə icazə verir. Və o Bon Jovie sizə gözl bir şou yaşatdığı müddətdə səhnəd sizinlə birgə əylənir.


“Natiq Ritm Qrupu”

“Natiq Ritm Qrupu” 2001-ci ilin may ayında yaratmışdır. Onu yaradan Natiq Şirinov 1993-cü ildən etibarən professional sənətə qədəm qoymuş və bir çox sənətkarlarla işləmişdir. 1999-cu ildə Alim Qasımov tərəfindən birgə işləməyə dəvət almış və Azərbaycan muğamında ilk dəfə "Üçlük"lə bərabər nağara sənəti fəaliyyət göstərmişdir. 1999-cu ildə Alim Qasımov "YUNESKO" mükafatı alarkən Natiq Şirinov bu konsertlərdə onunla bərabər iştirak etmişdir. O, Belçika, Almaniya, Fransa, İsveçrə, İtaliya, Hollandiya, Yaponiya, Çin, İspaniya, Türkiyə, İran, Rusiya və s. ölkələrdə nağara sənətini təmsil etmişdir.

2006-cı ildə Azərbaycanda ilk dəfə Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun konserti keçirilmişdir. 2004-cü ildə "Mənim dünyam-I" , 2006-cı ildə "Mənim dünyam-II" adlı musiqi albomları işıq üzü görmüşdür.

22 may 2012-ci ildə Bakıda baş tutmuş Avroviziya müsabiqəsinin yarımfinalında səsvermə zamanı qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı "Eurovision" səhnəsinə çıxarılıb. İnterval şousunda Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunur. Şouda qədim qavaldaşında «Natiq» Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblı da iştirak edib.



Mina Sovetski

Mina 29 sentyabr 1992-ci ildə musiqiçi ailəsində dünyaya gəlib. Yaradıcılıq bacarıqlarını hələ uşaq ikən aşkar edən valideynləri daha da inkişaf etdirmək üçün balaca Minanı musiqi məktəbinin pianino və muğam dərslərinə yazdırmağa qərara gəlirlər.

2011-ci il/ May/ Bakı/ Onu əskərliyə buraxmayanlar haqqında Vətənpərvər Əlisəftər mahnısını yazır. Bu mahnıda dırnaq arası "Vətənpərvər" insanları ifşa edir. Bakıdakı bir neçə radio stansiyalarına yollayır. "Mətn kəskin və qeyri ədəbi olduğuna görə" - cavab RƏDD! Bir müddət sonra, “Red Studiya”, “Bakı Film” və Mina arasında müqavilə bağlanıldı və yeni Istəyirəm adlı mahnıya klip çəkildi.

Professional səhnəyə Çingiz Mustafayevə həsr olunmuş “Çin Çin” mahnısı ilə gəldi.

Mina “Ağabəyovlar”, “Fatma” seriallarına və Vahid Mustafayevin “Xoca” filminə Baş rola çəkilmiş və filmin mahnılarını ifa etmişdir. “Xoca” filminin uğurundan sonra o Türkiyədə “Son Məktub” filminə dəvət almış və filmdəki mahnılardan birini ifa etmişdir